“Hərbçilərimizə, şəhid ailələrinə diqqəti artırmalıyıq” - Qüdrət Həsənquliyev

11/11/2026 - 22:58
“Hərbçilərimizə, şəhid ailələrinə diqqəti artırmalıyıq” - Qüdrət Həsənquliyev

Əlbəttə, dövlət qulluqçularının əməkhaqqı artırıldı və bu müsbət addım kimi qiymətləndirilməlidir.

Amma hazırda hakimlərin bir çoxu hətta öz maaşının bir hissəsini texniki işçilərə, köməkçilərinə verirlər.

Bu reallıqdır, bunu bir sorğu keçirməklə də öyrənmək olar.

Ona görə də hakimlərin, polis əməkdaşlarının, ədliyyə işçilərinin, Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının, yəni bu orqanlarda xidmət edib dövlət qulluqçusu kateqoriyasına daxil olmayan digər şəxslərin əməkhaqlarını artırmaq lazımdır.

Məsələn, ali təhsilli polis zabiti 740-800 manat maaş alır. Bu indiki xərclər qarşısında çox azdır.

Sonda bir məsələyə də diqqəti cəlb eləmək istəyirəm.

Konstitusiyanın 15-ci maddəsinə görə, dövlətin əsas məqsədlərindən biri bazar münasibətləri əsasında sosial yönümlü iqtisadiyyatın inkişafına şərait yaratmaqdır, 35-ci maddəsinə görə dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə etməlidir. Amma mən bu günlərdə mətbuatda oxudum ki, SOCAR Türkiyədə Petkim şirkətinə əlavə olaraq 5-7 milyard ABŞ dolları civarında investisiya yatıracaq. Hansı ki, həmin şirkətə 2 milyard vəsait yatırıb və həmin şirkət 2025-ci ildə 200 milyon dollardan artıq ziyanla işləyib. 2026-cı ilin 9 ayında onların gəliri 38 milyon dollar olub.

Əslində büdcə zərfində öz əksini tapmalıdır ki, hökumətin və dövlət müəssisələrinin yatırdığı investisiyalar müqabilində nə qədər yeni iş yeri açılacaq?

Ümumiyyətlə, SOCAR Türkiyəyə 20 milyard dollara yaxın vəsait yatırıb, məlumat verilsin ki, ölkədə iş yerlərinin açılmasına bu qədər ehtiyac olduğu halda, müstəqillik əldə edəndən bugünədək Azərbaycana nə qədər vəsait yatırıb? Bu çox düşündürücü məsələdir. Türkiyə qardaş ölkədir, bizdən çox inkişaf edib, amma ora yenidən 5-7 milyard dollar vəsait yatırılmasının bir əsaslandırması olmalıdır.

Sonda onu da qeyd eləmək istəyirəm ki, təmsil elədiyim Xətai rayonunda çoxsaylı 9 mərtəbəli binaların zirzəmiləri kanalizasiya suları ilə dolub. Bu problemin həll edilməsinə, həyətlərin abadlaşdırılmasına ehtiyac var. Küçə itləri ilə bağlı problemlər çox ciddidir, onlar üçün sığınacaqlar tikilməlidir.

Bu problemləri Baş nazir Əli Əsədovun qəbulunda olub, onun diqqətinə çatdırmışam. Amma təəssüf ki, bu məqsədlə vəsait ayrılmır və bu problemin həll olunmaması insanlarımızı ciddi narahat edir. Çox istərdim ki, hökumət bu məsələyə də diqqət yetirsin”.