Elçin Əmirbəyov Çində rəsmi görüşlər keçirib
Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Çin Xalq Respublikasına işgüzar səfəri çərçivəsində Sian şəhərində Çin Kommunist Partiyası Şansi Əyalət Komitəsinin katibi Zhao Yide ilə görüşüb.
Economynews.az xəbər verir ki, Zhao Yide əyalət partiya komitəsi və hökuməti adından Elçin Əmirbəyovun rəhbərlik etdiyi nümayəndə heyətini salamlayıb və əyalətin sosial-iqtisadi inkişafı barədə məlumatları çatdırıb.
O bildirib ki, Çin və Azərbaycan dost, tərəfdaş ölkələrdir. Son illər Çin Xalq Respublikasının Sədri Si Cinpinin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin strateji rəhbərliyi ilə münasibətlər sürətlə inkişaf edərək hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu, iki ölkə arasında bütün sahələrdə əməkdaşlığın genişləndirilməsinə mühüm təkan verib.