Dollar dünya valyutalarına qarşı zəiflədi: Səbəb İrandakı gərginliyin səngiməsidir

27/07/2026 - 15:40
Dollar dünya valyutalarına qarşı zəiflədi: Səbəb İrandakı gərginliyin səngiməsidir

ABŞ-nin İrana endirdiyi zərbələri dayandırması fonunda qlobal maliyyə bazarlarında dolların mövqeyi zəifləyib. Geosiyasi gərginliyin səngiməsi neft qiymətlərinin enməsinə və mərkəzi bankların qarşıdakı iclasları ərəfəsində investorların əhval-ruhiyyəsinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına yol açıb.

​Economynews.az xəbər verir ki, baş verən hadisələr əsas dünya valyutalarının məzənnəsinə də təsir göstərib:

​Yaponiya yeni: Dolların məzənnəsi yenə nisbətdө 0.2% azalaraq 1 dollar üçün 163.53 yen təşkil edib. Bu göstərici iyulun 10-dan etibarən qeydə alınan ən böyük günlük eniş kimi qiymətləndirilir.

​Avro: Avropa valyutası 0.3% bahalaşaraq 1.1404 dollar səviyyəsinə yüksəlib.

​Funt sterlinq: Britaniya valyutası isə 0.1% artaraq 1.333 dollar həddinə çatıb.

​Ekspertlər bildirirlər ki, geosiyasi risklərin qismən də olsa zəifləməsi valyuta bazarlarında risk iştahını artırıb və treyderlərin diqqətini qarşıdakı mərkəzi bank iclaslarına yönəldib.