Bu gün ölkə üzrə üç növ birdəfəlik müavinətin ödənilməsi gözlənilir
16/11/2026 - 16:11
Noyabrın 16-da ölkə üzrə birdəfəlik sosial müavinətlərin ödənilməsi nəzərdə tutulub.
Economynews.az DSMF-yə istinadən xəbər verir ki,Dövlət Sosial Müdafiə Fondu (DSMF) noyabrın 16-da ölkə üzrə üç növ birdəfəlik sosial müavinətin ödənilməsini planlaşdırır.
Bu gün dəfn üçün, uşağın anadan olmasına görə, eləcə də cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik müavinətlərin ödənilməsi nəzərdə tutulub.