ATƏT – in tədbirində

25/11/2026 - 14:39
ATƏT – in tədbirində

ATƏT – in tədbirində

Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit komitəsinin sədri Azay Quliyev noyabrın 26-da Avstriya Respublikasının Vyana şəhərinə səfər edəcək.

Səfər çərçivəsində deputatımız ATƏT-in İqtisadi və Ətraf Mühit Komitəsinin “ATƏT-in iqtisadi və ətraf mühit ölçüsünün təsiri – nəticələr və əldə edilmiş təcrübələr” mövzusunda keçiriləcək iclasında iştirak edəcək və müzakirə olunan məsələlərlə bağlı çıxış edəcək.

Səfər noyabrın 28-də başa çatacaq.

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi