Nazirlik növbəti dəfə BMT-nin Beynəlxalq Telekommunikasiya İttifaqının müsabiqəsində qalib olub

Nazirlik növbəti dəfə BMT-nin Beynəlxalq Telekommunikasiya İttifaqının müsabiqəsində qalib olub

14/07/2026 - 10:29
Nazirlik növbəti dəfə BMT-nin Beynəlxalq Telekommunikasiya İttifaqının müsabiqəsində qalib olub
Müsabiqədə Nazirliyin iki rəqəmsal layihəsi - “Rəqəmsal əmək müqavilələri” layihəsi “Elektron məşğulluq” kateqoriyası və “Əlillik” altsistemi “İnformasiya cəmiyyətinin etik aspektləri” kateqoriyası üzrə Namizədlik Sertifikatı ilə təltif olunub.

Qeyd edək ki, İnformasiya Cəmiyyəti üzrə Dünya Sammiti (WSIS) BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsini dəstəkləyən ən nüfuzlu qlobal platformalardan biridir. Hər il keçirilən “WSIS Prizes” beynəlxalq müsabiqəsi informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə dayanıqlı inkişafın təşviqinə töhfə verən innovativ layihələri müəyyənləşdirərək mükafatlandırır. 

Nazirliyin əldə etdiyi bu növbəti uğur ölkəmizdə son illər sosial xidmətlər sahəsində həyata keçirilən innovativ islahatların beynəlxalq səviyyədə də yüksək qiymətləndirilməsinin daha bir göstəricisidir.