ABŞ İrandakı hərbi hədəflərə silsilə zərbələr endirdi – 6 şəhər hədəf alındı
ABŞ İrandakı hərbi hədəflərə silsilə zərbələr endirdi – 6 şəhər hədəf alındı
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı 5 saat davam edən genişmiqyaslı hücum dalğasının başa çatdığını elan edib.
Komandanlığın yaydığı rəsmi bəyanatda bildirilir ki, hərbi əməliyyatların əsas məqsədi İranın kommersiya gəmiçiliyinə qarşı hücum qabiliyyətini neytrallaşdırmaq və zəiflətmək olub.
Hücum dalğası zamanı İranın aşağıdakı şəhərlərində yerləşən strateji hərbi hədəflər vurulub:
Buşehr
Çah Bahar
Cask
Konarak
Əbu Musa
Bəndər-Abbas
ABŞ qüvvələri tərəfindən İranın sahil müdafiə sistemlərinə, raket və pilotsuz uçuş aparatları (PUA) istehsalı və saxlanması obyektlərinə, eləcə də dəniz qüvvələrinə aid infrastruktura qarşı dəqiq idarəolunan sursatlardan istifadə edilib.
Bəyanatda bölgədəki hazırkı vəziyyətə də toxunulub: “Hazırda Yaxın Şərqdə 50 mindən çox ABŞ hərbçisi yerləşdirilib. Amerika qüvvələri yüksək hazırlıq vəziyyətindədir və istənilən təhdidə qarşı öldürücü zərbə endirməyə qadirdir”.