Ukrayna ordusu Rusiyanın neftayırma zavodlarını vurub
Ukrayna ordusu Rusiyanın neftayırma zavodlarını vurub
İyulun 8-i gecəsi Ukrayna Silahlı Qüvvələri (USQ) Rusiya Federasiyasındakı iki neft emalı zavoduna, altı tankerə, Borisoqlebsk aerodromuna və avtomobil körpülərinə zərbələr endirib.bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş qərargahının məlumatına istinadla xəbər verir.
Ukrayna ordusunun hədəflərindən biri Rusiyadakı Saratov Neft Emalı Zavodu olub. Zərbələrdən sonra orada partlayışlar və yanğın baş verib. Zərərin miqdarı hələ də müəyyən edilir.
Ukrayna Silahlı Qüvvələrinin Baş qərargahı qeyd edir ki, bu neft emalı zavodu “Rosneft” şirkətinə aiddir və Volqa bölgəsindəki əsas müəssisələrdən biridir. Onun gücü ildə təxminən 7 milyon ton neftdir. Neft emalı zavodu benzin, dizel və aviasiya yanacağı istehsal edir ki, bu da digər amillərlə yanaşı, Rusiyada hərbi logistikanı dəstəkləmək üçün istifadə olunur.
Tatarıstanın Nijnekamsk şəhərindəki TAIF-NK neft emalı kompleksinə də zərbə endirilib. Obyektdə partlayışlar və yanğın baş verib. Bu, Rusiyanın ən böyük neft emalı komplekslərindən biridir. Zavodun ümumi gücü ildə 8 milyon tondan çox xammaldır. Rusiya iqtisadiyyatını və hərbi logistikanı dəstəkləmək üçün istifadə olunan dizel yanacağı, benzin, reaktiv yanacaq və digər neft məhsulları burada istehsal edilir.