Ukraynaya bunun üçün əlavə maliyyə dəstəyi verəcəyik
Ukraynaya bunun üçün əlavə maliyyə dəstəyi verəcəyik
Avropa Birliyi Ukraynaya əlavə maliyyə dəstəyi ayıracaq və bu vəsait pilotsuz uçuş aparatlarının (PUA) istehsalının genişləndirilməsinə yönəldiləcək.
Bu barədə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Leyen X hesabında yazıb.
O qeyd edib ki, Avropa Birliyi daha əvvəl də Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsi məqsədilə maliyyə dəstəyi ayırıb.
Leyen əlavə edib ki, yaxın vaxtlarda yeni maliyyə paketləri də təqdim olunacaq.