Dominikan Respublikası ilə sənəd imzalanıb

Dominikan Respublikası ilə sənəd imzalanıb

03/07/2026 - 06:38
Dominikan Respublikası ilə sənəd imzalanıb
Dominikan Respublikası ilə sənəd imzalanıbÜmumdünya Ticarət Təşkilatına üzvlük prosesi çərçivəsində Dominikan Respublikası ilə ikitərəfli protokol imzalanıb.

Ölkəmizin Ümumdünya Ticarət Təşkilatına üzvlük prosesi çərçivəsində bir sıra üzv dövlətlərlə mallar və xidmətlər üzrə ikitərəfli danışıqlar aparılır və danışıqların yekunlaşdığı ölkələrlə müvafiq protokollar imzalanır.

Bu çərçivədə İsveçrə Konfederasiyasının Cenevrə şəhərində Dominikan Respublikası ilə mallar üzrə aparılan ikitərəfli danışıqların yekunlaşdırılmasına dair ikitərəfli protokol imzalanıb.