Bu gün Azərbaycanda Dövlət Qulluqçularının Peşə Bayramı Günüdür
Bu gün Azərbaycanda Dövlət Qulluqçularının Peşə Bayramı Günüdür
Bu gün, 23 iyun – Azərbaycanda dövlət qulluqçularının peşə bayramı günü kimi qeyd olunur.
Azərbaycan Respublikası Prezidentinin 25 may 2006-cı il tarixli Sərəncamına əsasən, hər il iyunun 23-ü ölkəmizdə "Dövlət qulluqçularının peşə bayramı günü" kimi təsis edilib. Həmçinin, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası da 23 iyun tarixini BMT-nin Dövlət Qulluğu Günü elan edib.
Dövlət qulluğu cəmiyyətin və dövlətin inkişafında, vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasında, eləcə də dövlət idarəçiliyinin səmərəliliyinin artırılmasında mühüm rol oynayır. Bu bayram, dövlət qulluğunda çalışan şəxslərin peşəkar fəaliyyətini, onların dövlətçiliyimizin möhkəmləndirilməsi yolunda göstərdikləri əməyi və məsuliyyətli xidmətlərini yüksək qiymətləndirmək məqsədi daşıyır.
Ölkəmizdə dövlət qulluğu sisteminin müasir tələblərə uyğun təkmilləşdirilməsi, kadr potensialının gücləndirilməsi və şəffaflığın təmin edilməsi istiqamətində ardıcıl islahatlar həyata keçirilir. Bu gün dövlət qulluqçuları qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsində məsuliyyətlə çalışaraq, Azərbaycanın tərəqqisinə öz töhfələrini verməkdədirlər.
Biz də öz növbəmizdə, peşə borcunu ləyaqətlə yerinə yetirən bütün dövlət qulluqçularını təbrik edir, onlara şərəfli və məsuliyyətli işlərində uğurlar arzulayırıq!
Fatma Təvəkgül qızı