Azərbaycan və Türkmənistan prezidentləri arasında təkbətək görüş keçirilib
Azərbaycan və Türkmənistan prezidentləri arasında təkbətək görüş keçirilib
İyunun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə təkbətək görüşü olub.
Görüş zamanı dövlət başçıları Azərbaycan ilə Türkmənistan arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə inkişafı, həmçinin regional əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıblar.
Tərəflər iki dost və qardaş ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayıblar.