Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qırğızıstanda səfərdədirlər
30/07/2026 - 17:29
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 30-da Qırğız Respublikasına dövlət səfərinə gəlib.
Çolpon-Ata şəhərinin İssık-Kul Beynəlxalq Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Hava limanında Azərbaycan Prezidenti İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Qırğızıstan Prezidenti Sadır Japarov və birinci xanım Aygül Japarova qarşılayıblar.
Səfər çərçivəsində iki ölkə arasında əməkdaşlıq əlaqələrinin inkişafı və digər məsələlərlə bağlı müzakirələrin aparılması nəzərdə tutulur.