Bakıda İƏT-in keçiriləcək tədbirinə hazırlıq üzrə əməkdaşlıq sənədi imzalanıb

Bakıda İƏT-in keçiriləcək tədbirinə hazırlıq üzrə əməkdaşlıq sənədi imzalanıb

19/06/2026 - 12:32
Bakıda İƏT-in keçiriləcək tədbirinə hazırlıq üzrə əməkdaşlıq sənədi imzalanıb
Baş prokuror Kamran Əliyev ilə İslam Əməkdaşlıq Təşkilatının Baş katibinin müavini Yousef Aldobeay arasında keçirilən görüşdə 27–28 oktyabr tarixlərində Bakı şəhərində təşkil olunacaq İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüşünə hazırlıq məsələləri müzakirə edilib, tədbirin təşkilati və məzmun baxımından yüksək səviyyədə keçirilməsi istiqamətində görülən və qarşıda duran vəzifələr nəzərdən keçirilib.Baş Prokurorluqdan APA-ya verilən xəbərə görə, bunun davamı olaraq, iyunun 19-da Baş prokurorun müavini, tədbirin Təşkilat Komitəsinin sədri Heydər Məmmədovun rəhbərlik etdiyi komitə üzvləri ilə İslam Əməkdaşlıq Təşkilatının Baş katibinin müavini Yousef Aldobeayin rəhbərlik etdiyi nümayəndə heyəti arasında ikitərəfli görüş keçirilib və qeyd olunan tədbirin təşkilinə dair əməkdaşlıq rəsmiləşdirilib.