Səbinə Əliyeva yenidən Azərbaycanın Ombudsmanı seçilib
03/11/2026 - 12:22
Səbinə Əliyeva yenidən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə seçilib.
Bu barədə qərar Milli Məclisin keçirilən plenar iclasında qəbul olunub.
İclasda Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədliyin təsdiq edilməsi haqqında məsələ müzakirəyə çıxarılıb. Səsvermənin nəticələrinə əsasən, Səbinə Əliyeva növbəti müddətə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili seçilib.