Qaradağ Rayon İcra Hakimiyyətinə yeni başçı təyin olundu
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla Natiq Oruc oğlu Əliyev Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Paytaxtın mühüm sənaye, nəqliyyat və strateji əhəmiyyətə malik regionlarından biri olan Qaradağ rayonunda idarəçiliyin daha da təkmilləşdirilməsi, eləcə də sosial-iqtisadi inkişafın sürətləndirilməsi istiqamətində yeni kadr təyinatı həyata keçirilib. Ölkə başçısının müvafiq sərəncamı ilə bu məsul vəzifəyə təqdim olunan Natiq Oruc oğlu Əliyev qarşıda duran mühüm vəzifələrin icrasına başlayır.
Qaradağ rayonu ölkənin iri logistik mərkəzlərinin, sənaye müəssisələrinin və geniş yaşayış massivlərinin yerləşdiyi ərazi olduğundan, burada əhalinin rifahının yaxşılaşdırılması, abadlıq-quruculuq işlərinin genişləndirilməsi və vətəndaş müraciətlərinə operativ şəkildə baxılması hər zaman dövlət siyasətinin əsas prioritetlərindən biri olub. Yeni rəhbərliyin fəaliyyəti dövründə də bu istiqamətdə kompleks tədbirlərin davam etdirilməsi gözlənilir.
Natiq Oruc oğlu Əliyevi Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin olunması münasibətilə səm-qəlbdən təbrik edir, ona Azərbaycan Respublikasının tərəqqisi, rayonun sosial-iqtisadi inkişafı və sakinlərin rifah halının daha da yüksəldilməsi yolunda məsul və şərəfli fəaliyyətində uğurlar arzulayırıq! Yeni vəzifənizdə sizə dərin nailiyyətlər diləyirik!
Fatma Təvəkgül qızı