Müasir Azərbaycan İntibahının Başlanğıc Nöqtəsi

15/10/2026 - 09:51
Müasir Azərbaycan İntibahının Başlanğıc Nöqtəsi

Ulu Öndər Heydər Əliyevin xalqımıza etdiyi bu tarixi müraciət, əslində, müasir Azərbaycanın parlaq gələcəyinin və böyük zəfərlərinin təməl daşı idi. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində Azərbaycan xalqı böyük siyasi müdriklik və qətiyyət nümayiş etdirərək səsini İlham Əliyevə verdi. Bu seçim yalnız bir dövlət başçısının seçilməsi deyil, uzaqgörən siyasi kursun, sababitliyin və inkişafın davamlılığına verilən ən böyük dəstək idi.

​Sözün və Əməlin Vəhdəti: Böyük Zəfərə Gedən Yol

​Ötən 23 il göstərdi ki, Ümummilli Liderin xalqına verdiyi zəmanət və İlham Əliyevə bəslədiyi ümidlər tamamilə doğruldu. Prezident İlham Əliyev hakimiyyətə gəldiyi ilk gündən etibarən:

​Güclü İqtisadiyyat: Ölkənin iqtisadi müstəqilliyini təmin etdi, nəhəng energetika və nəqliyyat layihələrini uğurla həyata keçirdi.

​Müasir Ordu Quruculuğu: Azərbaycan Silahlı Qüvvələrini dünyanın ən güclü ordularından birinə çevirdi.

​Hücumçi Diplomatiya: Azərbaycanı beynəlxalq aləmdə söz sahibi olan, regional lider və etibarlı tərəfdaş kimi tanıtdı.

​Ümummilli Liderin "Mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri İlham Əliyev başa çatdıra biləcək" kəlamı 2020-ci ildə öz təsdiqini tapdı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan Tarixi Zəfər və sonrakı lokal antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu. 30 illik həsrətə son qoyuldu, Qarabağ və Şərqi Zəngəzur azadlığına qovuşdu.

​Zəfərdən Böyük Qayıdışa

​Bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə özünün ən qüdrətli dövrünü yaşayır. İşğaldan azad edilmiş torpaqlarımızda həyata keçirilən "Böyük Qayıdış" proqramı, yenidən qurulan şəhər və kəndlərimiz, müasir infrastrukturlar ölkəmizin gücünün və potensialının bariz nümunəsidir.

​2003-cü ilin 15 oktyabrı Azərbaycanın müasir tarixində yeni bir erasının – Zəfər, tərəqqi və milli qürur erasının başlanğıcı kimi qızıl hərflərlə yazılıb. Xalqımız bu gün də öz Liderinin ətrafında sıx birləşərək daha işıqlı və qüdrətli gələcəyə doğru inamla addımlayır.

Fatma Təvəkgül qızı