İqtisadi İcmal: Makroiqtisadi sabitlik, maliyyə nəzarəti və növbəti ilin büdcə proqnozları

18/09/2026 - 11:58
İqtisadi İcmal: Makroiqtisadi sabitlik, maliyyə nəzarəti və növbəti ilin büdcə proqnozları

"Azərbaycan makroiqtisadi və maliyyə sabitliyinə nail olub"

​İqtisadiyyat naziri Mikayıl Cabbarov "Baku ID 2026" innovasiya festivalının açılışında ölkənin cari iqtisadi göstəricilərinə toxunub. Nazir bildirib ki, aparılan islahatlar nəticəsində Azərbaycan dayanıqlı makroiqtisadi və maliyyə sabitliyinə nail olub. Bu isə iqtisadiyyatın keyfiyyət üstünlüklərindən daha səmərəli faydalanmaq üçün əlverişli imkanlar yaradır.