Bakı və Abşeronda hava kəskinləşdi: Tozlu hava şəraiti müşahidə olunur
Bakı və Abşeronda hava kəskinləşdi: Tozlu hava şəraiti müşahidə olunur
Bakıda və Abşeron yarımadasında avtomatik stansiyalardan əldə edilən məlumata əsasən, tozlu hava şəraiti müşahidə olunur. Hazırda havada tozun miqdarı normadan 1.4-1.7 dəfə artıqdır.
Bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova Economynews.az-a məlumat verib.
Onun sözlərinə görə, havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar lokal xarakterlidir:
"Belə hava şəraitinə səbəb bu gün səhər saatlarından başlayan güclü şimal-qərb küləyinin yerin üst quru səthində formalaşan toz kütlələrini ətraf ərazilərə yaymasıdır."
Xidmət rəsmisi qeyd edib ki, tozlu hava şəraitinin sinoptik şəraitlə əlaqədar olaraq sabah günorta saatlarına qədər davam edəcəyi gözlənilir.