Dünya çempionatı başlayır: Bu gün Azərbaycanın 5 güləşçisi xalçaya çıxacaq
Bu gün Bakıda güləş üzrə U-17 dünya çempionatına start verilir. Yarışın ilk günündə yunan-Roma güləşçiləri mübarizəyə qoşulacaqlar.
Milli Gimnastika Arenasında təşkil edilən mötəbər yarışda ölkəmizi təmsil edəcək pəhləvanların ilk rəqibləri və mübarizəyə başlayacaqları mərhələlər müəyyənləşib.
Economynews.az-ın məlumatına görə, ilk gündə idmançılarımızın mübarizə təqvimi belədir:
Təsnifat mərhələsi:
Qurban Məcnunov (55 kq)
Orxan Həbibli (65 kq)
İsfahan Həsənov (80 kq)
Emin Baxşəliyev (110 kq)
1/8 final mərhələsi:
Ömər Salmanov (48 kq)
Qeyd edək ki, avqustun 2-dək davam edəcək dünya çempionatında gənc idmançılarımız medallar uğrunda gərgin mübarizə aparacaqlar.