Azərbaycan bu ölkələrə yardım edir
20/08/2026 - 11:12
Azərbaycan ehtiyac içində olan ölkələrə humanitar dəstək göstərməyə davam edir.
Economynews.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin 19 avqust – Beynəlxalq Humanitar Yardım Günü ilə bağlı X hesabında paylaşımında bildirilib.
"Azərbaycan beynəlxalq həmrəylik və humanizm prinsiplərini rəhbər tutaraq ehtiyac içində olan insanlara və ölkələrə humanitar dəstək göstərməyə, çətinliklərin aradan qaldırılmasına töhfə verməyə davam edir", - deyə paylaşımda qeyd olunub.