Azərbaycanda ilk dəfə Zərərvericilərin Analizi və Rəqəmsal Kriminalistika Laboratoriyası istifadəyə verilib
Ölkəmizdə kibertəhlükəsizlik və rəqəmsal tədqiqat imkanlarının gücləndirilməsi istiqamətində mühüm addım atılıb.
Azərbaycanda ilk dəfə olaraq Zərərvericilərin Analizi və Rəqəmsal Kriminalistika Laboratoriyası fəaliyyətə başlayıb. Yeni yaradılan qabaqcıl mərkəz ölkə miqyasında rəqəmsal mühitin təhlükəsizliyinin qorunması, kiberhücumların araşdırılması və zərərli proqram təminatlarının (malvare) dərindən təhlil edilməsi baxımından mühüm rol oynayacaq.
Laboratoriyanın əsas məqsədi rəqəmsal dəlillərin toplanması, təhlili və kibertəhdidlərin vaxtında aşkar edilərək zərərsizləşdirilməsi prosesini ən müasir texnologiyalar və beynəlxalq standartlar səviyyəsində həyata keçirməkdir. Bu layihə yerli informasiya təhlükəsizliyi sisteminin daha da təkmilləşdirilməsinə və rəqəmsal transformasiya proseslərinin etibarlı qorunmasına mühüm töhfə verəcək.