​Azərbaycanda qızıl və gümüş istehsalı azalıb

21/09/2026 - 17:03
​Azərbaycanda qızıl və gümüş istehsalı azalıb

Cari ilin səkkiz ayı ərzində ölkədə qiymətli metalların istehsal göstəriciləri açıqlanıb.

​Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2026-cı ilin yanvar-avqust ayları ərzində Azərbaycanda 1946,3 kiloqram qızıl istehsal olunub. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,9% azdır.

​Hesabat dövründə gümüş istehsalında da azalma qeydə alınıb. Belə ki, sözügedən aylarda 2492 kiloqram gümüş istehsal edilib ki, bu da illik müqayisədə 9,3% azalma deməkdir.

​Məlumat üçün qeyd edək ki, sentyabr ayının 1-ə olan vəziyyətə görə ölkədə hazır qızıl ehtiyatı qalmayıb, hazır gümüş ehtiyatı isə 1,3 kiloqram təşkil edib.