Temperatur 40 Dərəcəni Ötəcək

Temperatur 40 Dərəcəni Ötəcək

22/07/2026 - 10:18
Temperatur 40 Dərəcəni Ötəcək
Temperatur 40 Dərəcəni ÖtəcəkBakı və Abşeron yarımadasında, eləcə də ölkənin əksər rayonlarında anomal isti hava şəraiti müşahidə olunacaq. Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata görө, havanın temperaturu bəzi yerlərdə 41 dərəcəyə çatacaq.
​Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, iyulun 25-dən 26-dək Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturunun 35–38 dərəcə, bəzi ərazilərdə isə 40 dərəcəyə yaxın isti olacağı gözlənilir.
​Respublikanın digər bölgələrində də isti hava dalğası davam edəcək. İyulun 25-dən 29-dək Azərbaycanın əksər rayonlarında maksimal temperatur 35–40 dərəcə, Mərkəzi Aran rayonlarında və Naxçıvan Muxtar Respublikasında isə bəzi yerlərdə 41 dərəcəyədək yüksələcək.
​Mütəxəssislər güclü isti günlərində günorta saatlarında (özəlliklə 11:00-dan 17:00-dək) birbaşa günəş şüaları altında qalmağın tövsiyə olunmadığını, kifayət qədər Maye qəbul etməyin vacibliyini xatırladırlar.