Baş prokuror Kəlbəcərdə vətəndaşların müraciətlərini dinləyib
Baş prokuror Kəlbəcərdə vətəndaşların müraciətlərini dinləyib
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, iyulun 21-də Baş prokuror Kamran Əliyev Kəlbəcər rayonundan olan vətəndaşları qəbul edib.
Qəbulda iştirak edən 17 vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.