AÇG və “Şahdəniz”dən indiyədək hasil edilən neft və qazın həcmi açqlanıb

AÇG və “Şahdəniz”dən indiyədək hasil edilən neft və qazın həcmi açqlanıb

17/07/2026 - 08:16
AÇG və “Şahdəniz”dən indiyədək hasil edilən neft və qazın həcmi açqlanıb
“Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqları istismara veriləndən cari ilin 1 iyul tarixinədək 679,8 milyon tona yaxın neft (qaz kondensatı ilə birlikdə) hasil edilib.

Energetika Nazirliyindən verilən məlumata görə, hesabat dövründə yataqlardan 529,6 milyard kubmetr qaz hasil edilib.Məlumata görə, indiyədək “Azəri-Çıraq-Günəşli”dən 625,6 milyon ton neft, 251,1 milyard kubmetr qaz hasil olunub.

Bildirilir ki, hesabat dövründə “Şahdəniz”dən 54,2 milyon tona yaxın kondensat, 278,5 milyard kubmetr qaz hasil edilib.