Kiyevə kütləvi hücum: Ölənlərin sayı 10-a çatdı, onlarla yaralı var
Kiyevə kütləvi hücum: Ölənlərin sayı 10-a çatdı, onlarla yaralı var
Kiyev şəhərinə endirilən kütləvi raket və dron zərbələri nəticəsində mülki əhali arasında itkilər artıb.
Məlumatlara görə, hücumlar nəticəsində həlak olanların sayı 10 nəfərə çatıb. Eyni zamanda, hadisə yerindən gələn son məlumatlara əsasən, 46 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hazırda hadisə yerində xilasetmə və axtarış işləri davam etdirilir. Yaralılar şəhərin müxtəlif xəstəxanalarına çatdırılıb, təcili tibbi yardım göstərilir.
Dağıntıların miqyası və vurulan ziyanın dəqiq həcmi müəyyənləşdirilir. Rəsmi qurumlar vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə və hava həyəcanı siqnalı zamanı sığınacaqlara enməyə çağırır.