Azərbaycanın Belarus ilə ticarəti 15% artıb
Azərbaycanın Belarus ilə ticarəti 15% artıb
04/07/2026 - 08:06
Bu ilin yanvar-may aylarında Azərbaycanın Belarus ilə ticarət dövriyyəsi 201,9 milyon dollar təşkil edib.Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 15,2% çoxdur.
Hesabat dövründə ölkədən Belarusa ixrac 32,2 milyon dollar təşkil edib. Azərbaycanın Belarusdan idxalının dəyəri isə 169,7 milyon dollar olub.