Türkiyə ilə İsrail arasında gərginlik getdikcə artır.
Türkiyə ilə İsrail arasında gərginlik getdikcə artır.
Şaraanın rəhbərlik etdiyi Suriya Türkiyə rəhbərliyi tərəfindən idarə olunan saatlı bombadır”.
İrandakı müharibə Türkiyənin mövqeyini gücləndirib. Ankara ABŞ ilə İran arasında vasitəçi rolunu möhkəmləndirib, Prezident Donald Trampla yaxşı münasibətlər qurub. Netanyahu Trampla Ərdoğan arasındakı yaxın münasibətlərdən və Vaşinqtonun regionda Türkiyə ilə işləməyə hazır olmasından narahatdır.
İsraildə narahatlıq doğuran digər məsələ isə Türkiyənin təxminən 10 il əvvəl ABŞ-dən sifariş etdiyi F-35 qırıcılarını əldə etmək istiqamətində səylərini yenidən aktivləşdirməsidir. ABŞ-nin Yaxın Şərq Siyasəti İnstitutunun eksperti Soner Çağaptay İsrailin son sərt bəyanatlarını məhz F-35 məsələsi ilə əlaqələndirib: “İsraillilər bilirlər ki, Tramp F-35-lərlə bağlı yeni addım atmağa hazırlaşır, bunun qarşısını almaq istəyirlər”.