Altıncı “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsinə start verilib

Altıncı “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsinə start verilib

03/07/2026 - 12:15
Altıncı “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsinə start verilib

İyulun 3-də altıncı “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsinə start verilib.

Tədbirdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva, gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin işçi qrupunun rəhbəri Fərhad Hacıyev, Milli Məclis sədrinin müavini, Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev, Qarabağ Dirçəliş Fondunun sədri Rəhman Hacıyev, Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə, eləcə də “Yüksəliş” müsabiqəsinin ötən illərdəki qalibləri iştirak edirlər.


Açılış mərasimində çıxış edən qonaqlar yarımfinal mərhələsinə qədər uğurla irəliləyən iştirakçıları təbrik edib, onlara qarşıdakı mərhələdə uğurlar arzulayıblar. Qeyd olunub ki, bu mərhələyə vəsiqə qazanmaq iştirakçıların bilik, bacarıq, hazırlıq və potensialının göstəricisi olmaqla yanaşı, artıq mühüm nailiyyətdir.

Bu il keçirilən müsabiqənin konsepti Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə elan olunmuş “Şəhərsalma və Memarlıq İli”nə həsr edilib.

Mərasimdə vurğulanıb ki, Azərbaycan yüksəlişinin memarları - Ümummilli Lider Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən ölkəmizin inkişafı naminə həyata keçirilən uzaqgörən strateji qərarlar digər sahələrdə olduğu kimi, memarlıq, şəhərsalma, abadlıq, infrastruktur və quruculuq sahələrində də mühüm yeniliklərin əsasını qoyub, Azərbaycanın müasir və dinamik simasının formalaşmasına mühüm töhfə verib.