ABŞ və İran arasında İsveçrə danışıqları: 60 günlük "yol xəritəsi" razılaşdırıldı
ABŞ və İran arasında İsveçrə danışıqları: 60 günlük "yol xəritəsi" razılaşdırıldı
İsveçrənin Cenevrə şəhərində ABŞ və İran nümayəndə heyətləri arasında aparılan yüksək səviyyəli danışıqlar başa çatıb.
Gərgin diplomatik atmosferdə keçən görüşün yekunlarına dair ilkin məlumatlar açıqlanıb. Tərəflər arasında əldə olunan əsas razılaşmaya əsasən, qarşıdakı 60 gün ərzində yekun sazişin imzalanmasını nəzərdə tutan spesifik "yol xəritəsi" müəyyən edilib.
Danışıqlarda gərgin məqamlar
Diplomatik səylərə baxmayaraq, tərəflər arasında fikir ayrılıqları hələ də qalmaqdadır. Məlumata görə, danışıqlar zamanı iki ölkənin nümayəndə heyətləri arasında ciddi gərginlik müşahidə olunub. Müzakirələrin bəzi mərhələlərində etiraz xarakterli çıxışlar və qarşılıqlı ittihamlar fonunda prosesin davam etdirilməsi çətinləşib.
Gözləntilər
Siyasi analitiklər 60 günlük müddətin hər iki tərəf üçün həlledici olacağını vurğulayırlar. Yol xəritəsinin yerinə yetirilməsi regional təhlükəsizlik və sanksiyaların gələcəyi baxımından yeni bir mərhələnin başlanğıcı hesab edilir.
Tərəflərin razılaşdırılmış müddət ərzində hansı öhdəlikləri yerinə yetirəcəyi və prosesin yekun nəticəsinin necə olacağı ilə bağlı beynəlxalq ictimaiyyət yaxından izləməkdədir.
Könül Asifqızı