Əli Əsədov Şavkat Mirziyoyevlə görüşüb

Əli Əsədov Şavkat Mirziyoyevlə görüşüb

16/06/2026 - 13:37
Əli Əsədov Şavkat Mirziyoyevlə görüşüb
Daşkənddə işgüzar səfərdə olan Azərbaycanın Baş naziri Əli Əsədov iyunun 16-da Özbəkistanın Prezidenti Şavkat Mirziyoyevlə görüşüb.Şavkat Mirziyoyev Prezident İlham Əliyevin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Azərbaycanın dövlət başçısına çatdırmağı xahiş edib.

Görüşdə Azərbaycan-Özbəkistan münasibətlərinin strateji tərəfdaşlıq və müttəfiqlik əsasında uğurla inkişaf etdiyi məmnunluqla qeyd olunub.

Ticarət-iqtisadi, investisiya, nəqliyyat-logistika, enerji, humanitar və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi perspektivləri geniş müzakirə edilib.