Dubayın "Bürc-Xəlifə" qülləsi Azərbaycan bayrağının rənglərinə bürünüb

Dubayın "Bürc-Xəlifə" qülləsi Azərbaycan bayrağının rənglərinə bürünüb Dubayda dünvanın ən hündür tikilisi olan "Bürc-Xəlifa" qülləsi 28 May - Müstəqilik Günü münasibətilə Azərbaycanın dövlət bayrağının rənglərinə bürünüb.

28/05/2026 - 20:16
Dubayın "Bürc-Xəlifə" qülləsi Azərbaycan bayrağının rənglərinə bürünüb
Dubayda yerləşən dünyanın ən hündür tikilisi olan "Bürc-Xəlifə" qülləsi Azərbaycanın dövlət bayrağının rəngləri ilə işıqlandırılıb.
​Bu möhtəşəm addım 28 May – Müstəqillik Günü münasibətilə atılıb. Dubayın gecə səmasını bəzəyən qüllə üzərində Azərbaycan bayrağının rəngləri – mavi, qırmızı və yaşıl çalarlar əks olunaraq, şəhər sakinləri və turistlərin diqqətini cəlb edib.
​Qeyd edək ki, "Bürc-Xəlifə" tərəfindən Azərbaycanın əlamətdar günlərində bu cür jestlərin edilməsi artıq ənənə halını alıb və iki ölkə arasında dostluq münasibətlərinin yüksək səviyyədə olmasının göstəricisidir.