Səlahiyyətli nümayəndəliklə bağlı mühüm QƏRAR: Ali Əsədov imzaladı
27/07/2026 - 15:36
Nazirlər Kabineti "Dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər və komissiyalar üçün müəyyən edilmiş vahid indekslərin Siyahısı"nda dəyişiklik edib.
Baş nazir Əli Əsədovun imzaladığı yeni qərara əsasən, sözügedən siyahıya Prezidentin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəliyi də əlavə olunub.
Dəyişikliklə bağlı rəsmi sənəd qüvvəyə minib.