Rusiyadan Ermənistana Azərbaycandan tranzitlə növbəti yük göndəriləcək
07/08/2026 - 14:10
Rusiyadan Ermənistana Azərbaycan ərazisindən keçməklə növbəti yük daşınması həyata keçiriləcək. Bu dəfə ölkəmiz üzərindən tranzitlə 8 vaqon buğda və 10 vaqon daş kömür yola salınacaq.
Məlumata görə, müvafiq məhsullarla yüklənmiş qatar "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Biləcəri stansiyasından hərəkətə başlayacaq.
Qeydək edək ki, bu cür tranzit daşımaları ölkəmizin nəqliyyat-logistika imkanlarının beynəlxalq səviyyədə istifadəsini bir daha nümayiş etdirir.