Rövşən Sadıqbəyli BMT-nin Cenevrə bölməsinə daimi nümayəndə təyin olunub

30/07/2026 - 11:39
Rövşən Sadıqbəyli BMT-nin Cenevrə bölməsinə daimi nümayəndə təyin olunub

Prezident İlham Əliyev Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsinin təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.  

​Sərəncama əsasən, Rövşən Nüsrət oğlu Sadıqbəyli Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi təyin edilib.  

​Dövlət başçısının digər sərəncamı ilə Rövşən Sadıqbəyli Azərbaycanın Avstriya Respublikasında, eyni zamanda Sloveniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri, həmçinin BMT-nin Vyana şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.