Azərbaycanın Macarıstanda yeni səfiri təyin olunub - Sərəncam

30/07/2026 - 11:37
Azərbaycanın Macarıstanda yeni səfiri təyin olunub - Sərəncam

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Macarıstanda fövqəladə və səlahiyyətli səfirinin təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.  

​Sərəncama əsasən, Esmira Firudin qızı Cəfərova Azərbaycan Respublikasının Macarıstanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib.  

​Qeyd edək ki, Esmira Cəfərova təyinatadək Xarici İşlər Nazirliyi sistemində, o cümlədən BMT yanında daimi nümayəndəlikdə və digər strukturlarda diplomatik fəaliyyət göstərib, eləcə də 2019–2025-ci illərdə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü olub.