Rövşən Sadıqbəyli BMT-nin Cenevrə bölməsinə daimi nümayəndə təyin olunub
Prezident İlham Əliyev Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsinin təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.
Sərəncama əsasən, Rövşən Nüsrət oğlu Sadıqbəyli Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi təyin edilib.
Dövlət başçısının digər sərəncamı ilə Rövşən Sadıqbəyli Azərbaycanın Avstriya Respublikasında, eyni zamanda Sloveniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri, həmçinin BMT-nin Vyana şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.