Qızılın qiymətində cüzi ucuzlaşma qeydə alınıb

23/09/2026 - 17:04
Qızılın qiymətində cüzi ucuzlaşma qeydə alınıb

Dünya birjalarında qiymətli metalların bazar qiymətlərində növbəti dəyişikliklər baş verib.

​Nyu-Yorkun COMEX birjasında aparılan əməliyyatlar zamanı qızılın qiymətində cüzi ucuzlaşma müşahidə olunub. Birjradakı cari göstəricilərə əsasən, 1 troya unsiyası qızıl təqribən 4 372 ABŞ dolları səviyyəsində ticarət olunur. Bu da Azərbaycan bazarında qiymətli metalın pərakəndə qiymətlərində öz əksini tapıb.

​Yerli bazarda qızıl məmulatlarının 1 qram üzrə cari qiymətləri aşağıdakı kimidir:

​Təmiz qızıl (999 əyyar): 237,30 – 237,42 AZN

​İtalyan qızılı (750 əyyar): 178,15 – 178,25 AZN

​Türk qızılı (585 əyyar): 138,96 – 139,03 AZN