Prezident İlham Əliyev "FIFA U-15 World Cup"ın Azərbaycanda keçirilməsi ilə əlaqədar Sərəncam imzalayıb

28/07/2026 - 11:45
Prezident İlham Əliyev "FIFA U-15 World Cup"ın Azərbaycanda keçirilməsi ilə əlaqədar Sərəncam imzalayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "FIFA U-15 World Cup" gənclər arasında dünya çempionatının ölkəmizdə yüksək səviyyədə təşkil olunması və keçirilməsi ilə əlaqədar tədbirlər haqqında Sərəncam imzalayıb.

​Sənəddə qarşıdan gələn beynəlxalq miqyaslı bu nüfuzlu futbol turnirinin ölkəmizdə uğurla baş tutması üçün müvafiq dövlət qurumlarına konkret tapşırıqlar verilib. Çempionatın təşkilat komitəsinin yaradılması, idman infrastrukturunun müasir tələblərə uyğunlaşdırılması, eləcə də təhlükəsizlik, nəqliyyat, könüllülər hərəkatı və digər təminat məsələləri sərəncamın əsas prioritetləri sırasındadır.

​Qeyd edək ki, son illərdə Azərbaycanda dünyanın nüfuzlu idman yarışlarının, o cümlədən beynəlxalq futbol turnirlərinin uğurla keçirilməsi ölkəmizin idman ölkəsi kimi nüfuzunu daha da artırıb. "FIFA U-15 World Cup"ın Azərbaycana həvalə olunması isə gənc istedadların Ümumdünya futboluna qatılmasına və ölkəmizin benəlxalq idman arenasında mövqelərinin daha da möhkəmlənməsinə mühüm töhfə verəcək.

​Tədbirlər planına əsasən, hazırlıq işlərinə dərhal start veriləcək və turnirlə bağlı beynəlxalq təşkilatlarla əlaqələndirilmiş şəkildə işlər davam etdiriləcək.