Prezident İlham Əliyevlə Cəbrayıl rayonunun sakininin maraqlı dialoqu

06/11/2026 - 20:35
Prezident İlham Əliyevlə Cəbrayıl rayonunun sakininin maraqlı dialoqu

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərlə görüşüblər.

Sakinlərdən biri ilə Prezidentin dialoqunu təqdim edirik:

Prezident İlham Əliyev: Təbrik edirəm. Siz nə işlə məşğul idiniz o vaxt?

Kişi sakin: Mən də burada traktorçu olmuşam. 1978-1979-cu illərdə. Sonra şofer olmuşam, kolxozda, üzümlükdə işləmişəm.

Prezident İlham Əliyev: Sonra bəs?

Kişi sakin: Otuz yaşımda da müharibə.

Prezident İlham Əliyev: Hara getdiniz?

Kişi sakin: Bakıya getdik, Buzovnada qalırdıq.

Prezident İlham Əliyev: Qonşuyuq?

Kişi sakin: Qonşuyuq. Allah köməyiniz olsun. Allah Sizi saxlasın.