Naftalan Şəhər İcra Hakimiyyətinə yeni rəhbər gəldi

30/09/2026 - 10:34
Naftalan Şəhər İcra Hakimiyyətinə yeni rəhbər gəldi

Prezidentin digər sərəncamı ilə Məmmədiyə Süleyman oğlu Məmmədov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunub.

​Ölkəmizin unikal turizm mərkəzlərindən və respublika dərəcəli kurort şəhərlərindən biri olan Naftalanda yerli idarəçiliyin daha da gücləndirilməsi istiqamətində mühüm kadr təyinatı həyata keçirilib. Dövlət başçısının müvafiq sərəncamı ilə bu məsul vəzifəyə Məmmədiyə Süleyman oğlu Məmmədov təyin edilib.

Respublika dərəcəli kurort şəhəri olan Naftalanın turizm potensialının artırılması, ölkə daxilində və xaricdə daha geniş tanıdılması, eləcə də şəhər infrastrukturunun daha da təkmilləşdirilməsi istiqamətində yeni icra başçısı qarşısında mühüm tapşırıqlar qoyulub. Məmmədiyyə Məmmədovun bu sahədəki fəaliyyəti şəhərin inkişafına yeni təkan verəcək. Şəhərə gələn yerli və xarici turistlər üçün xidmət səviyyəsinin yüksəldilməsi, eləcə də sosial-iqtisadi layihələrin davamlılığı yeni rəhbərliyin diqqət mərkəzində olacaq.

​Məmmədiyə Süleyman oğlu Məmmədovu Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunması münasibətilə səmimi-qəlbdən təbrik edirik! Ona bu şərəfli və məsuliyyətli vəzifəsində Naftalanın turizm imkanlarının genişləndirilməsi, şəhərin inkişafı və sakinlrin rifahının daha da yaxşılaşdırılması istiqamətindəki fəaliyyətində böyük nailiyyətlər və uğurlar arzulayırıq!

Fatma Təvəkgül qızı