Məleykə Abbaszadə Bakı Dövlət Universitetinin rektoru təyin edildi

19/11/2026 - 13:38
Məleykə Abbaszadə Bakı Dövlət Universitetinin rektoru təyin edildi

Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə Bakı Dövlət Universitetinin (BDU) rektoru təyin edilib.

Economynews.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı 19 noyabr 2026-cı il tarixində sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Məleykə Mehdi qızı Abbaszadə Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.

Məleykə Abbaszadə 2000–2016-cı illərdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri, 2016-cı ildən isə Dövlət İmtahan Mərkəzinin rəhbəri vəzifəsində çalışıb. O, 2024-cü ilin iyulunda DİM-in İdarə Heyətinin sədri təyin edilmişdi.

1953-cü ildə Bakıda anadan olan Məleykə Abbaszadə 1975-ci ildə Moskva Dövlət Universitetinin hesablama riyaziyyatı və kibernetika fakültəsini bitirib. Texnika elmləri namizədidir.

Qeyd edək ki, bundan əvvəl Prezidentin sərəncamı ilə 2019-cu ildən BDU-ya rəhbərlik edən Elçin Babayev rektor vəzifəsindən azad edilib.

Beləliklə, Məleykə Abbaszadə 1919-cu ildə yaradılmış Bakı Dövlət Universitetinin tarixində 26-cı və ilk qadın rektor olub.

Bakı Dövlət Universitetinin indiyədək rektorları:

Vasili Razumovski — 1919–1920

Sergey Davidenkov — 1920–1923

Aleksandr Qulyayev — 1923–1926

Tağı Şahbazi — 1926–1929

Vladimir Yelpatyevski — 1929

Maqsud Məmmədov — 1929–1930

Məmmədkazım Ələkbərli — 1934–1935

Bala bəy Həsənbəyov — 1935–1937

Əziz Əliyev — 1937

Cəbrayıl Ələsgərov — 1937–1941

Şamil Əliyev — 1941–1944

Abdulla Qarayev — 1944–1950

Cəfər Hacıyev — 1950–1954

Yusif Məmmədəliyev — 1954–1958

Şəfaət Mehdiyev — 1958–1965

Mehdi Əliyev — 1965–1970

Faiq Bağırzadə — 1970–1987

Yəhya Məmmədov — 1987–1989

Cəmil Quliyev — 1989–1990

Mirabbas Qasımov — 1990–1992

Firudin Səməndərov — 1992–1993

Murtuz Ələsgərov — 1993–1996

Misir Mərdanov — 1996–1998

Abel Məhərrəmov — 1999–2018

Elçin Babayev — 2019–2026

Məleykə Abbaszadə — 19 noyabr 2026-cı ildən

Qeyd: 21 dekabr 2018-ci ildən 11 mart 2019-cu ilədək Firudin Qurbanov BDU rektorunun vəzifələrini icra edib. 1930–1934-cü illərdə isə universitetin fəaliyyəti dayandırılıb və 1934-cü ildə bərpa olunub.