Milli Məclisin deputatı Belarusa səfər edəcək
Beynəlxalq konfransda
Milli Məclisin deputatı Gülşən Paşayeva noyabrın 2-də IV Minsk Beynəlxalq Avrasiya Təhlükəsizliyi konfransında iştirak etmək üçün Belarus Respublikasının Minsk şəhərinə səfər edəcək.
Konfrans çərçivəsində beynəlxalq və regional təhlükəsizlik, silahlara nəzarət və silahsızlanma, yeni texnologiyaların yaratdığı təhdidlər, iqtisadi inteqrasiya, enerji və ərzaq təhlükəsizliyi, eləcə də qadınların beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsində rolu barədə müzakirələr aparılacaq.
Səfər noyabrın 5-də başa çatacaq.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi