III qrup üzrə keçid ballarını açıqlandı

13/08/2026 - 15:00
III qrup üzrə keçid ballarını açıqlandı

Ali təhsil müəssisələrinə qəbulda ən gərgin müsabiqə vəziyyəti ənənəvi olaraq III ixtisas qrupunda müşahidə olunur.

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə sosial mediada canlı yayım zamanı deyib.

DİM sədri üçüncü qrupda ümumi plan yerlərinin sayının 15 mindən çox olduğunu bildirib. Onun sözlərinə görə, burada dövlət sifarişli, yəni ödənişsiz yerlərin payı olduqca azdır - plan yerlərinin cəmi 26 faizini təşkil edir. Bu qrupun fərqli altqruplarında vəziyyət dəyişsə də, ümumilikdə hər birində kifayət qədər yüksək müsabiqə şəraiti yaranıb".

M.Abbaszadə abituriyentlərin ən çox maraqlandığı keçid ballarının builki dinamikasına da toxunub:

"Ötən illə müqayisədə bu il 600-dən yuxarı bal