DSMF sentyabr ayı üzrə pensiyaların ödənilməsi tarixini açıqladı
Azərbaycanda sentyabr ayı üzrə pensiyaların ödənilməsi yekunlaşır.
Dövlət Sosial Müdafiə Fondundan (DSMF) verilən məlumata görө, bu ay üzrə bütün pensiyaların tam ödənilərək yekunlaşdırılması sabah – sentyabrın 22-də həyata keçiriləcək.
Qeyd edək ki, həmin gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ilə yanaşı, ölkəmizin digər bölgələrində də pensiya alan şəxslərin vəsaitləri bank kartlarına köçürülərək tam yekunlaşdırılacaq. Güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin sentyabr ayı üzrə pensiyaları da bu tarixdə ödəniləcək.
Pensiyaçılar öz vəsaitlərini müvafiq bankların kartlarından və ya ATM-lərdən əldə edə bilərlər.