Baş Prokurorluq: Məktəblinin ölməsi faktı ilə bağlı araşdırma aparılır
28/10/2026 - 13:38
Oktyabrın 28-də Bakı şəhəri, Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdinin məktəbin 4-cü mərtəbəsindən yıxılması və aldığı xəsarətlərdən ölməsi faktı ilə bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.
Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.