Bakıda və Abşeronda hava kəskin dəyişəcək

Bakıda və Abşeronda hava kəskin dəyişəcək

27/07/2026 - 10:22
Bakıda və Abşeronda hava kəskin dəyişəcək

Bakıda və Abşeron yarımadasında havanın temperaturunun 3-4 dərəcə enəcəyi gözlənilir.

​Milli Hidrometeorologiya Xidmətindən Economynews.az-a verilən məlumata görө, iyulun 27-si və 28-də ölkə ərazisində güclü külək əsəcəyi ilə əlaqədar sarı və narıncı xəbərdarlıq yayıb.

​Xidmət vətəndaşları təhlükəsizlik qaydalarına ciddi əməl etməyə, xüsusilə dənizdə çimməyin təhlükəli olduğu günlərdə diqqətli olmağa və ehtiyat tədbirləri görməyə çağırır.