Bakıda qarajların kvadratmetr qiyməti 1400 manatı keçib

30/07/2026 - 12:15
Bakıda qarajların kvadratmetr qiyməti 1400 manatı keçib

Paytaxtın daşınmaz əmlak bazarında qarajların qiymətində bahalaşma qeydə alınıb.

​Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) apardığı təhlillərə əsasən, paytaxt bazarında qarajların 1 kvadratmetrinin median qiyməti 1 414 manata çatıb. Bu göstəricinin əvvəlki dövrlə müqayisədə təxminən 10.6% artıq olduğu bildirilir.  

​Mütəxəssislərin hesablamalarına görə, bazarda qarajların orta qiyməti isə 1 530 manat təşkil edir. Qiymət artımı əsasən paytaxtın sıx məskunlaşmış ərazilərində və yeni tikilən yaşayış komplekslərində avtomobil dayanacaqlarına olan tələbatın yüksəlməsi ilə əlaqədardır.