Bakıda ilk "Royale Casino" 2027-ci ilin mayında açılacaq
Bakıda ilk "Royale Casino" 2027-ci ilin mayında açılacaq
Bakıda ilk "Royale Casino" obyektinin 2027-ci ilin may ayında istifadəyə verilməsi planlaşdırılır. Bu barədə "Sea Breeze" layihəsinin sahibi və təsisçisi, "Agalarov Development" şirkətinin prezidenti Emin Ağalarov məlumat verib.
Obyektin texniki və infrastrukturu göstəriciləri:
Sahəsi: 90 min kvadratmetr
Məkanı: Xəzər dənizinin Azərbaycan sektorunda, "Sea Breeze" ərazisində yaradılan süni yarımada
Hündürlüyü: 35 metr
Funksional imkanları və qaydalar:
Kazinoda 12 VIP zalı və beynəlxalq poker turnirlərinin keçirilməsi üçün nəzərdə tutulan əsas zal fəaliyyət göstərəcək.
Məhdudiyyət: 21 yaşına çatmamış şəxslərin kazinoya girişinə icazə verilməyəcək.